İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb
Fransanın paytaxtı Parisdə dünən həddindən artıq istilər səbəbindən 109 nəfərin öldüyü bildirilir.
ERAmedia xarici mediaya istinadla xəbər verir ki, bu rəqəmə yalnız evlərində və ictimai yerlərdə ölənlər daxildir, qocalar evlərində və xəstəxanalarda ölüm halları daxil deyil.
Həddindən artıq isti havanın hökm sürdüyü Parisdə xəstəxanalar “təcili yardım planı”nı aktivləşdirib. Fransada fövqəladə hallar zamanı səhiyyə müəssisələrində aktivləşdirilən bu plana məzuniyyətdə olan işçilərin iş yerinə çağırılması, çarpayı tutumunun artırılması və təcili olmayan əməliyyatların təxirə salınması kimi addımlar daxildir.
Paris və ətraf ərazilər də daxil olmaqla 37 əyalətdə qırmızı, 48 əyalətdə isə həddindən artıq istilər səbəbindən narıncı həyəcan siqnalı verilib.









