media-niqabi-top-tips

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb.

ERAmedia  xəbər verir ki, Meloni bunu Romada rəhbərlik etdiyi “İtaliya Qardaşları” (FdI) partiyasının gənclər qanadı tərəfindən təşkil olunan “Fenix” tədbirində çıxış edərkən deyib.

Baş nazir bildirib ki, italyan uşaqlarının sinifdə azlıq təşkil etdikləri üçün özlərini kənarda qalmış hiss etmələri qəbuledilməzdir. Onun sözlərinə görə, hazırlanmaqda olan qaydada siniflərdə xarici şagirdlərin sayına qanuni yuxarı həddin müəyyənləşdirilməsi və məktəbə uyğunlaşmaqda ciddi çətinlik çəkən xarici şagirdlərin valideynləri üçün italyan dilinin öyrənilməsinin məcburi olması nəzərdə tutulur.

Meloni həmçinin məktəblərdə çadra və çarşafların qadağan ediləcəyini bildirib.

“İnsan məktəbə üzü açıq gedir və İtaliyada heç kim əsl və ya sözdə ənənəyə istinad edərək gənc qadının üzünü gizlətməsinə qərar verə bilməz. Kişi və qadınlar arasında bərabərlik danışıqlar yolu ilə həll olunmur. Bu, küçələrimizə və məktəblərimizə aiddir”, – deyə Meloni bildirib.


media-adspc

Bənzər xəbərlər