Konqres binasını hədəf alan 18 yaşlı şəxs saxlanıldı
ABŞ-ın paytaxtı da 18 yaşlı şəxs əlində tüfənglə Konqres binası istiqamətində qaçarkən saxlanılıb.
ERAmedia-nın məlumatına görə, polis rəisi Mişel Sullivan keçirilən mətbuat konfransında binanın yaxınlığında baş verən hadisəyə dair açıqlama verib.
Sullivan bildirib ki, 18 yaşlı kişi şübhəli avtomobilini yaxınlığında park edib, avtomobildən düşərək binanın qərb tərəfində qaçmağa başlayıb. Hüquq-mühafizə orqanları şübhəlini vaxtında saxlayıblar.
Polis rəisi qeyd edib ki, şübhəli qoruyucu jilet və əlcəklər geyinmiş vəziyyətdə olub, əlində tüfəng və əlavə sursatla binaya doğru qaçırmış.
Avtomobildə həmçinin kaska və qaz maskası tapılıb. Avtomobil şübhəlilərin adına qeydiyyatda olmayıb və onların bir neçə ünvanı mövcuddur.
Sullivan əlavə edib ki, şübhəlının məqsədi və ABŞ Konqres üzvlərinin hədəf alınıb-alınmadığı araşdırılır.









