media-699624f0ae5ac952195ec5ee

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, İrana qarşı yeni zərbələr endirilərsə, bu, bütün beynəlxalq ictimaiyyət üçün “xoşagəlməz nəticələrə” gətirib çıxara bilər.

ERAmedia xəbər verir ki, o, bu barədə “Al Arabiya” telekanalına müsahibəsində müvafiq suala cavab verərkən bildirib.

Lavrovun sözlərinə görə, ABŞ və İsrailin 2025-ci ilin iyununda İrana qarşı həyata keçirdiyi hücumlar yalnız Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin nüfuzuna zərbə vurmayıb, həm də “real nüvə insidenti riskləri” yaradıb.

Nazir qeyd edib ki, İran tərəfinin məlumatına əsasən hazırda vəziyyət nisbətən stabildir.

“Lakin nüvə obyektlərinə zərbələr iranlıları agentliyin nəzarətində olan nüvə materiallarının fiziki qorunması barədə düşünməyə məcbur etdi və onlara toxunmaq olmazdı”, – deyə o vurğulayıb.

Lavrov əlavə edib ki, ABŞ və İsrailin bu addımları təkcə fiziki risklər yaratmayıb, həm də MAQATE və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin nüfuzunu sarsıdıb. Rəsmi Tehranın dəfələrlə bəyan etdiyi kimi, İran həmin müqaviləyə əməl etməyi öz üzərinə götürüb.

Rusiyalı nazir xatırladıb ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (Saziş) imzalandıqdan sonra MAQATE-nin İranın fəaliyyətinə nəzarəti “misilsiz səviyyədə” olub və Tehran “heç vaxt müqaviləni və ya zəmanətlər razılaşmasını pozmaqda ifşa edilməyib”.

Onun sözlərinə görə, bütün risklər və siyasi gərginlik ABŞ-ın 2018-ci ildə sazişdən çıxmasından sonra yaranmağa başlayıb.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər