media-cff1d98bb92f60a2dbee020732f226ba-2dcb6617-9413-48f0-a079-8911e0417439

Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva hökuməti istefa verib.

ERAmedia xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar 20-ci hökumətin keçirdiyi son iclasda üzvlərin ümumi razılığı ilə qəbul edilib.

“Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz çox şey var. Dövlətin və xalqın rifahı üçün çox işlər görmüşük”, – Baş nazir çıxışında bildirib.

Hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməli olub.

Qeyd edək ki, İnqa Ruqinien 2025-ci ilin avqust ayında Baş nazir təyin edib. Onun rəhbərlik etdiyi hökumət isə ötən ilin sentyabr ayında Seymdə and içərək vəzifəsinin icrasına başlayıb.


media-adspc

Bənzər xəbərlər