Maestro 100 yaşında vəfat edib
ABŞ Federal Ehtiyat Sisteminin (FES) sabiq sədri Alan Qrinspen 100 yaşında gözlərini yumdu.
Bu barədə onun həyat yoldaşı Andrea Mitçellin bəyanatında bildirilir : “Alan bu səhər evimizdə, parkinson xəstəliyinin səbəb olduğu fəsadlar nəticəsində 100 yaşında dünyasını dəyişdi”.
ERAmedia bildirir ki, Qrinspen 6 mart 1926-cı ildə Nyu-Yorkda doğulub. O, 1987-ci ildən 2006-cı ilə qədər, dörd ABŞ prezidentinin dövründə beş müddət ərzində FES-ə rəhbərlik edib. Onun rəhbərliyi dövrü ABŞ tarixinin ən uzunmüddətli iqtisadi yüksəlişlərindən birinə- 1991/2001-ci illərə təsadüf edib.
Qrinspeni 1987-ci ilin “qara bazar ertəsi”ndəki birja çöküşü və 11 sentyabr 2001-ci il terror aktlarının fəsadları da daxil olmaqla, qeyri-sabitlik dövrlərində iqtisadiyyatı idarə etmək bacarığına görə “maestro” adlandırırdılar.
FES-dən ayrıldıqdan sonra Qrinspen Vaşinqtonda “Greenspan Associates LLC” konsaltinq şirkətini təsis edib və bir neçə kitab yazıb. Qrinspen Prezident Azadlıq Medalı (2005), Fəxri Legion ordeni (2000) ilə təltif olunub və Britaniya İmperiyasının cəngavəri (2002) rütbəsinə layiq görülüb.
Ural Dəyirmançı









