media-17874595261421741406_1200x630

Türkiyənin Bitlis vilayətinin Ahlat rayonunda Anadolunun qapılarını türklərə açan Malazgirt döyüşünün 955-ci ildönümünün qeyd olunması məqsədilə həyata keçirilən hazırlıq işləri yekunlaşıb.

ERAmedia “TRT Haber”ə istinadla xəbər verir ki, tarixin gedişatını dəyişən qələbənin ildönümü münasibətilə rayonun Çarho bölgəsindəki Rəcəb Tayyib Ərdoğan adına Ahlat Milli Parkında genişmiqyaslı tədbirlər planlaşdırılıb.

Parkda Səlcuqlu motivləri ilə bəzədilmiş ənənəvi “Xan Otağı” və 50 tematik çadır qurulub. Avqustun 23-dən 25-dək davam edəcək tədbirlər çərçivəsində atlı oxatma, kökbörü, atçılıq akrobatikası, güləş, həmçinin əl işləri bazarı, kaman və ox emalatxanası, yerli məhsul köşkləri fəaliyyət göstərəcək. Türk və digər qardaş xalqların bayraqları ilə bəzədilən park Səlcuq mədəniyyətini gələcək nəsillərə ötürməyi hədəfləyir.

Üç gün davam edəcək proqrama kökbörü final matçı, həmçinin “SOLOTÜRK” və “Polad Qanadlar” komandalarının nümayişləri daxildir. Bitlis valisi Əhməd Karakaya tədbirlərdə yüksək səviyyəli rəsmi şəxslərin və vətəndaşların iştirak edəcəyini, təhlükəsizlik və təşkilati məsələlərin tam təmin olunduğunu bildirib. Milli birliyi və qardaşlığı təbliğ edən bu möhtəşəm bayram ictimaiyyətin hər bir təbəqəsi üçün açıq olacaq.


media-adspc

Bənzər xəbərlər