media-whatsapp-image-2026-08-11-at-10-34-10

Mədəniyyət və iqtisadiyyat arasında əlaqə düşündüyümüzdən daha dərindir.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili London şəhərinin nümunəsində mədəniyyət və yaradıcılıq sənayesinin şəhər iqtisadiyyatının formalaşmasında mühüm rol oynadığını bildirib.

Deputat qeyd edib ki, London dünyada Google-da ən çox axtarılan şəhərlər sırasında birinci yerdədir və şəhərin qlobal şəhər kimi statusunun formalaşmasında mədəniyyət və yaradıcılıq sənayesinin xüsusi əhəmiyyəti var.

Tahir Mirkişilinin sözlərinə görə, London meriyasının yanaşmasında mədəniyyət yalnız sosial və estetik dəyər kimi deyil, şəhərin iqtisadi infrastrukturunun mühüm hissəsi kimi qiymətləndirilir.

O bildirib ki, Londonun yaradıcılıq sənayeləri hər saat təxminən 10 milyon funt sterlinq iqtisadi dəyər yaradır. Mədəniyyət turizmindən isə şəhər hər il 7,3 milyard funt sterlinq gəlir əldə edir.

Deputatın sözlərinə görə, Londonda hər 6 iş yerindən biri yaradıcılıq sənayeləri ilə əlaqəlidir. Kişi və Qadın Moda Həftələri isə il ərzində şəhər büdcəsinə təxminən 6 milyard funt sterlinq PR gəliri gətirir.

Tahir Mirkişili diqqətə çatdırıb ki, Londonda hər il 30 min yeni incəsənət və dizayn məzunu universitetləri bitirir. Rəssamların, istehsalçıların, kiçik qalereyaların və çərçivə emalatxanalarının fəaliyyəti isə şəhərin 9,2 milyard funt sterlinqlik sənət bazarına malik olmaqla dünyanın üç aparıcı incəsənət paytaxtından biri kimi mövqeyini möhkəmləndirir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər