media-whatsapp-image-2026-08-07-at-11-22-18

ABŞ-ın Nyu-Meksiko ştatında məhkəmə sosial media şirkəti “Metan”ı uşaqların psixi sağlamlığı böhranındakı məsuliyyətinə görə 567 milyon dollar təzminat ödəməyə məhkum edib.

ERAmedia xəbər verir ki, CNN-in məlumatına görə, ştat hakimi qərarında “Meta”nın uşaqların təhlükəsizliyini qorumaq üçün yetərli tədbirlər görmədiyini və bunun “ictimai narahatlıq” yaratdığını bildirib.

Məhkəmənin qərarına əsasən, “Meta” uşaqların psixi sağlamlığı fonduna 567 milyon dollar ödəməlidir.

Bundan başqa, şirkət 13 yaşdan kiçik istifadəçilərin bütün hesablarını və həmin hesablardan toplanmış şəxsi məlumatları silməyə borcludur.

Qərara əsasən, Nyu-Meksikoda yaşayan yeniyetmə istifadəçilərin hesabları avtomatik olaraq “məxfi” rejimdə qurulacaq. Eyni zamanda, “Meta” dərs günlərində saat 08:00-dan 15:00-dək, eləcə də bütün günlərdə saat 22:00-dan 07:00-dək 18 yaşdan aşağı istifadəçilər üçün ani bildirişləri deaktiv etməlidir.

“Meta” şirkəti isə məhkəmənin qərarı ilə razılaşmadığını bildirərək, apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər