Məşhur fenomeni təyyarəyə buraxmadılar - SƏBƏB
Almaniyalı fitnes məzmunu ilə sosial mediada geniş izləyici kütləsi qazanan fenomen Edda Elisa son səfəri zamanı gözlənilməz problemlə üzləşib.
ERAmedia xəbər verir ki, Almaniyanın milli aviadaşıyıcısı olan Lufthansa ilə uçmaq üçün hava limanına gələn Elisa geyiminin qaydalara uyğun olmadığı əsas gətirilərək əməkdaşlar tərəfindən saxlanılıb.
Yaşadığı hadisəni sosial media hesabında paylaşdığı video vasitəsilə izləyicilərinə danışan məşhur fenomen hava yolu şirkətinin əməkdaşlarının xəbərdarlığı qarşısında böyük təəccüb keçirdiyini bildirib.
Elisanın sözlərinə görə, əməkdaşlar onun mövcud geyimdə təyyarəyə minməsinə qəti şəkildə icazə verməyib və əlavə geyim geyinməsini tələb ediblər.
Fenomen həmin an ona deyilən sözləri belə çatdırıb:
“Üzərinizdə demək olar ki, heç nə yoxdur, siz çılpaqsınız. Normal geyimdə deyilsiniz, üstünüzə nəsə geyinməlisiniz. Əgər əlavə geyim geyinsəniz, keçə bilərsiniz.”
Geyiminin uçuş üçün problem yaratmadığını düşünən Edda Elisa hava limanı əməkdaşlarının sərt mövqeyi qarşısında çıxılmaz vəziyyətdə qaldığını bildirib. O, planlaşdırdığı səfəri ləğv etməmək və təyyarəyə minə bilmək üçün məcbur qalıb əlavə geyim geyindiyini deyib.
“Çox böyük təəccüb yaşadım. Uça bilmək üçün məcburən üstümə əlavə geyim geyindim”, – deyə fenomen qeyd edib.










