media-1785766121445154749_1200x630

İqtisadiyyat naziri Mikayıl Cabbarov V “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

İqtisadiyyat Nazirliyindən ERAmedia-ya bildirilib ki, görüş zamanı idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər, eləcə də iqtisadi transformasiya şəraitində rəhbər şəxslər üçün zəruri bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, fərdi inkişaf planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr nəzərdən keçirilib, bu sahədə qazanılmış təcrübə dəyərləndirilib.

media-1785766121903625559_1200x630


media-adspc

Bənzər xəbərlər