Mindauqas Sinkyaviçus Baş nazir seçildi
30 iyunda Litva Parlamenti Sosial Demokrat Partiyasının lideri Mindauqas Sinkyaviçusu ölkənin Baş naziri təyin edib.
ERAmedia xəbər verir ki, parlamentin 80 üzvü qərarın lehinə, 28-i bitərəf, ikisi isə əleyhinə səs verib.
Səsvermədən sonra Sinkyaviçus yalnız siyasi dəyişikliklərə deyil, həm də litvalıların həyatını yaxşılaşdırmağa yönəlmiş konkret qərarlara diqqət yetirmək niyyətində olduğunu bildirib.
“Baş nazir vəzifəsi titul deyil. Bu, şəxsi ambisiya məsələsi deyil. Bu, dövlətin gedişatı, hökumətin işi və çox vaxt çətin, lakin zəruri olan qərarlar üçün məsuliyyət daşımaq öhdəliyidir”, – deyə o vurğulayıb.
Daha əvvəl Litva prezidenti Mindauqas Sinkyaviçusu hökumət başçısı təyin edən fərman imzalamışdı.










