media-deniz

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət ünvanlayıb.

ERAmedia FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, nazirlik küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə bildirilib.


media-adspc

Bənzər xəbərlər