Netanyahudan seçki mesajı: Təkbaşına qatıla bilər
İsrailin baş naziri Benyamin Netanyahunun Likud partiyası daxilində seçki siyahısının formalaşdırılması üsulu ilə bağlı dərin fikir ayrılıqları səbəbindən növbəti parlament seçkilərində müstəqil şəkildə iştirak edə biləcəyi iddia edilir.
ERAmedia xəbər verir ki, İsrailin Kanal 14 televiziyasının məlumatına görə, Netanyahu bu ehtimalı Likud Partiyası Mərkəzi Komitəsinin sədri və Turizm naziri Haim Katz ilə qapalı görüşdə qaldırıb.
Görüşdə Netanyahu əgər kompromis əldə olunmazsa, öz kursunu müəyyən edə biləcəyini bildirərək, iddialara görə, “Lazım gələrsə, öz şəxsi siyahımı yarada və seçkilərdə təkbaşına iştirak edə bilərəm” deyib.
Görüşdə iştirak edən mənbələr baş nazirin bu sözləri “zarafatla” dediyini bildirsələr də, bəzi partiya üzvləri bunu siyasi ultimatum və Likud daxilindəki parçalanmanın miqyasını göstərən açıq bir mesaj kimi şərh ediblər.
Xəbərdə Netanyahu ilə Haim Katz arasındakı böhranın əsas səbəbinin baş nazirin Likud siyahısındakı ilk 40 namizədə ayrılan yerlərin sayını 5-dən 11-ə qədər artırmaq istəyi olduğu bildirilirib.
Netanyahu bu addımı partiyanın seçkilərdə şanslarını artırmaq və “partiyanın simasını dəyişdirmək” üçün atmaq istədiyi bildirilir, Katz isə bu tələbi “həddindən artıq” hesab edir və partiya orqanlarının bu qədər çox yer təsdiqləməyəcəyini iddia edirdi.
Bu arada, Likud Partiyası daxilindəki zaman xətti böhranı ilə bağlı müvəqqəti bir kompromis əldə edildiyi bildirilib.
İsrail mətbuatının məlumatına görə, Likud Partiyasının Konstitusiya Komitəsi dünən gecə Knesset seçkilərinin 26-cı dövrü üçün partiya daxili ilkin seçkilərin 4 avqustda keçirilməsi barədə yekdilliklə qərar qəbul edib.
Əvvəllər 28 iyulda keçirilməsi planlaşdırılan tarix Netanyahu ilə Katz arasında koordinasiya yolu ilə təxirə salınıb.
Bildirilib ki, Netanyahu “ilkin seçkilərin tamamilə ləğv edilməsi və namizədlərin komitə tərəfindən seçilməsi” təklifindən geri çəkilib, lakin özünün müəyyən edəcəyi yerlərin sayını artırmaqda israr edir.
İsraildə erkən seçki keçirilməsə, növbəti ümumi seçkilər ən geci 27 oktyabr 2026-cı ildə keçiriləcək.
Likud daxilindəki bu qarışıqlıq hökumətin ictimai dəstəyi itirdiyi bir dövrə təsadüf edir.
“Maariv” qəzetinin dərc etdiyi son sorğu nəticələrinə görə, əgər bu gün erkən seçki keçirilsəydi, müxalifət bloku parlamentdə 60 yerə çatacaq, Netanyahunun rəhbərlik etdiyi hazırkı koalisiya bloku isə 50 yerdə qalacaqdı.










