media-new-york-63204

ABŞ-nin Nyu-York ştatında qızılca xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

ERAmedia xəbər verir ki, bu barədə Reuters agentliyinin yaydığı məlumatda Nyu-York qubernatoru Keti Hokulun imzaladığı sərəncama istinadən bildirilib.

Sərəncamda qeyd olunur ki, qubernator davam edən qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Məlumata görə, cari ildə ştatda 108 qızılca hadisəsi qeydə alınıb. İyulun 15-dən etibarən Nyu-Yorkun 18 dairəsində 92 yoluxma halı aşkarlanıb.

Qonşu Pensilvaniya ştatında isə 977 qızılca hadisəsi qeydə alınıb. Yoluxmaların əhəmiyyətli hissəsi Nyu-Yorkla sərhəddə yerləşən kənd dairələrinin payına düşüb.

Qubernatorun sərəncamına əsasən, qızılca, parotit və məxmərək əleyhinə hər bir peyvənd barədə məlumat 72 saat ərzində ştatın və ya Nyu-York şəhərinin immunizasiya reyestrinə daxil edilməlidir.


media-adspc

Bənzər xəbərlər