media-17911989212684414561_1200x630

Moldova hökuməti 2028-ci ilin əvvəlinə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlar üçün texniki hazırlıqları başa çatdırmaq üzərində işləyir ki, ölkə 2030-cu ildə üzvlüyə hazır olsun.

ERAmedia xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Vasile Tofan oktyabrın 5-də Brüsseldə keçirilən Moldova-Aİ Assosiasiya Şurasının iclasından sonra bildirib.

Medianın məlumatına görə, Moldova 2030-cu ildə Aİ-yə qoşulmağı və 2028-ci ilin əvvəlinə qədər üzvlük danışıqlarını başa çatdırmağı hədəfləyir.

Baş nazir Tofan xatırladıb ki, bu yay Moldova üçün 1-ci və 6-cı klasterlər açılıb.

“Biz ilin sonuna qədər qalan klasterləri açmaq və aralıq meyarlara vaxtında cavab vermək üçün çalışırıq”, – deyə o vurğulayıb.


media-adspc

Bənzər xəbərlər