media-756342252_1746759716963149_4991494705826904876_n

Ordubad camaatı arasında zarafatla işlədilən “biz naxçıvanlı deyilik” ifadəsinin maraqlı tarixi və iqtisadi əsası var.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili bununla bağlı paylaşımında bildirib ki, əslində bol rusizi ilə tanınan Ordubad Azərbaycanın incisidir. Onun sözlərinə görə, bu ifadənin mənşəyi Səfəvi hökmdarı I Şah Abbasın 1603-cü ildə imzaladığı, cəmi beş sətirdən ibarət olan fərmana dayanır.

Deputat qeyd edib ki, həmin fərman Ordubad Cümə məscidinin şərq qapısının üzərindəki daş kitabədə həkk olunub. Fərmana əsasən, Ordubad qəsəbəsinin bütün əhalisi sənətkarlardan, əsnaflardan, bağlardan, əkin sahələrindən və dəyirmanlardan toplanan ixracat, itlaqat, nüzul, əvariz və qonalqa vergilərindən ibarət olan malcəhat və vücuhatdan tədricən azad edilib. Eyni zamanda, Ordubad Azərbaycan boniçəsindən çıxarılıb və divan itlaqatından xaric edilib.

Tahir Mirkişili vurğulayıb ki, bununla da Ordubad həmin dövrdə Azərbaycan ərazisində formalaşan ilk azad iqtisadi zonalardan birinə çevrilib və sonrakı tarixdə də mühüm rol oynayıb. Onun sözlərinə görə, ordubadlılar vergi imtiyazlarından yararlanmaq məqsədilə uzun illər həmin məşhur ifadədən istifadə ediblər.

Deputatın fikrincə, tarix göstərir ki, bir vergi güzəşti bütöv bir regionun inkişafına və taleyinə əhəmiyyətli təsir göstərə bilər.


media-adspc

Bənzər xəbərlər