Peşəkar idarəetmə insanı kiçiltməz - TƏHLİL
Gücündən şübhə edərsənsə, şübhələrinə güc vermiş olarsan…..
Güclülüər daha çox silkələnir….
İdarəetmədə ən təhlükəli psixoloji həmlələrdən biri insanı birbaşa tənqid etmək deyil, onu öz gücünə şübhə ilə yanaşdırmaqdır.
Bəzi rəhbərlər və ya kollektivlər açıq qarşıdurmaya getmirlər. Əvəzində səni yavaş-yavaş “yetərsiz” hiss etdirməyə başlayırlar. Bu, çox zaman sistemli və görünməz formada edilir:
— Fikirlərini görməzdən gəlirlər
— Uğurlarını kiçildirlər
— Səni daim müqayisəyə çəkirlər
— Qərar proseslərindən kənarda saxlayırlar
— Sanki hər şeydə bir az “çatışmayan” tərəfin varmış kimi davranırlar
Çünki insan özünə inamını itirəndə artıq idarə etmək daha asan olur. Özünə şübhə edən insan:
• daha az risk alır
• daha az etiraz edir
• daha çox susur
• və getdikcə öz potensialını gizlətməyə başlayır
Ən maraqlısı isə budur ki, bu tip həmlələr həmişə zəif insanlara edilmir. Əksinə, çox zaman potensialı, təsiri və gələcəyi olan insanlara qarşı tətbiq olunur. Çünki güclü insanı zəiflətməyin ən effektiv yolu onu bacarıqsız olduğuna inandırmaqdır.
Peşəkar idarəetmə insanı kiçiltməz.
Güclü rəhbər işçinin içindəki potensialı öldürməz.
Sağlam sistemlər insanı daim qorxu və natamamlıq hissi ilə idarə etməz.
Çünki bir insanın özünə inamını dağıtmaq ağır zərbədir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









