media-qeter

Qətərin paytaxtı Doha ABŞ ilə İran arasında davam edən diplomatik proses çərçivəsində növbəti mühüm görüşə ev sahibliyi edib.

ERAmedia xəbər verir ki, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner ilə görüşüb.

Qətər Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Dohada keçirilən görüşdə ABŞ ilə İran arasında tərəflərin imzaladığı anlaşma memorandumu çərçivəsində aparılan danışıqlarda əldə olunan son vəziyyət müzakirə edilib.

Tərəflər həmçinin dialoq və diplomatiya yolu ilə regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçiriblər.

Görüşdə regional proseslər də müzakirə olunub. Xüsusilə Livanda qüvvədə olan atəşkəsin qorunmasının vacibliyi vurğulanıb, atəşkəsin davamlı xarakter almasının və Livanın birliyi, suverenliyi və sabitliyini dəstəkləyəcək şəkildə inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

Al Sani bildirib ki, Qətər vasitəçilik səylərini davam etdirəcək, anlaşma memorandumu çərçivəsində aparılan bütün danışıqları dəstəkləməyi sürdürecek. Onun sözlərinə görə, hərtərəfli və uzunmüddətli razılaşmanın əldə olunması regional təhlükəsizliyin güclənməsinə, xalqların maraqlarının qorunmasına, eləcə də beynəlxalq sülh və təhlükəsizliyə mühüm töhfə verəcək.

ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşner isə Qətərin Pakistanla əməkdaşlıq şəraitində danışıqlar prosesinin asanlaşdırılmasında oynadığı rolu yüksək qiymətləndiriblər.

Görüşdə ABŞ-ın danışıqlar prosesini davam etdirmək və hərtərəfli razılaşmanın əldə olunmasına yönəlmiş diplomatik səyləri dəstəkləmək əzmində olduğu bir daha təsdiqlənib.


media-adspc

Bənzər xəbərlər