media-szinpin-cin

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəyə səfər edən İrlandiyanın baş naziri Mişel Martinlə görüşündə ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və Prezident Nikolas Maduro ilə həyat yoldaşı Siliya Floresin Nyu-Yorka aparılması məsələsinə münasibət bildirib.

ERAmedia-nın xarici KİV-ə istinadən məlumatına görə, ünyanın ciddi qarışıqlıq dövründən keçdiyini deyən Si Cinpin vurğulayıb ki, “tək­tərəfli və zorakı hərəkətlər beynəlxalq nizamın əsaslarını zəiflədir”.

“Bütün ölkələr digər xalqların seçdiyi inkişaf yoluna hörmət etməli, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq qalmalıdır. Xüsusilə böyük dövlətlər bu məsələdə nümunə göstərməlidir”, – Çin lideri bildirib.

Çinin xarici işlər naziri Van İ isə deyib ki, Çin hər zaman güc tətbiqinə, təhdidlərə və bir ölkənin iradəsinin digərinə zorla qəbul etdirilməsinə qarşı çıxır. Onun sözlərinə görə, mövcud beynəlxalq vəziyyət getdikcə daha dəyişkən və mürəkkəb xarakter alır, tək­tərəfli zorakılıq isə artan meyllə daha da sərtləşir. “Heç bir ölkənin özünü ‘dünya polisi’ rolunda görməsinə inanmırıq və heç bir dövlətin özünü beynəlxalq hakim elan etməsini qəbul etmirik”, – deyə Van İ qeyd edib. O əlavə edib ki, bütün ölkələrin suverenliyi və təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində tam şəkildə qorunmalıdır.

Çin rəhbərliyi daha əvvəl yaydığı açıqlamalarda Tramp administrasiyasının həyata keçirdiyi əməliyyatın beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirib, ABŞ-ni Venesuelada seçilmiş hökuməti devirmək cəhdlərini dayandırmağa və Nikolas Maduro ilə həyat yoldaşı Siliya Floresi dərhal azad etməyə çağırıb.


media-adspc

Bənzər xəbərlər