Rusiya dizelin ixracına qadağa qoyub
Rusiya hökuməti dizel yanacağının ixracına qadağa qoyub.
ERAmedia xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinin daxili yanacaq bazarında vəziyyətlə bağlı keçirdiyi müşavirədə bildirib.
Baş nazirin müavininin sözlərinə görə, daxili yanacaq bazarında vəziyyət çətin olaraq qalır. Hökumət mövcud neft emalı zavodlarının istehsal gücünü maksimuma çatdırıb, obyektlərin təmir müddətini azaldıb və dizel yanacağının ixracına qadağa qoyub.










