media-rusiya_ordusu

Malidə fəaliyyət göstərən yerli xəbər mənbələrinin məlumatına görə, Mali ordusu və Rusiya hərbi qüvvələri Kidal vilayətində mülki şəxsləri hədəf alan hücum həyata keçirib.

ERAmedia xəbər verir ki, məlumata əsasən, Mali xuntasına bağlı qüvvələr və Rusiya hərbçiləri iyulun 7-nə keçən gecə Kidal vilayətinin sərhəd qəsəbəsi olan Telhendekdə mülki şəxslərə məxsus mağazalara zərbələr endirib.

Hücum nəticəsində 7 mülki şəxsin həlak olduğu, daha 3 nəfərin isə yaralandığı bildirilir.

Malidə Rusiya və xunta qüvvələrinə qarşı döyüşən CNİM isə yaydığı bəyanatda mülki şəxslərə qarşı həyata keçirilən hücumu sərt şəkildə pisləyib. Qrup həlak olan mülki şəxslərin ailələrinə başsağlığı verib.

Son dövrlərdə Malidə xunta qüvvələri və Rusiyanın “Afrika Korpusu”na bağlı bölmələrin mülki əhaliyə qarşı hücumlarını artırdığı bildirilir.

Məlumata görə, bu hücumlar əsasən pilotsuz uçuş aparatlarından istifadə olunması və kəndlərə basqınlar zamanı mülki şəxslərin öldürülməsi formasında həyata keçirilir.


media-adspc

Bənzər xəbərlər