media-585502410_1151990167048957_7470713421731755980_n

Fevralın 17-də Cenevrədə keçirilən Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında növbəti danışıqlar raundunda siyasi qrup “dalana dirənib”, hərbi qrup isə “irəliləyiş əldə etməyə davam edib”.

ERAmedia xəbər verir ki, bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vəziyyət Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin səsləndirdiyi mövqe ilə bağlıdır.

Mənbələrdən biri bildirib ki, Rusiya tərəfi Ukrayna prezidenti Volodimir Zelenskinin son ictimai açıqlamalarından narazılıq edib. Onların fikrincə, Zelenski ciddi danışıqlar aparmır, əksinə “ölkədaxili mümkün seçkilər ərəfəsində populyarlığını artırmağa çalışır”.

TASS agentliyinin daha əvvəl yaydığı məlumata görə, təxminən altı saat davam edən görüşdə “böyük mövzular və böyük kompromislər” müzakirə olunub. Agentliyin həmsöhbəti danışıqların “gərgin keçdiyini” qeyd edib. Görüşdən sonra Vladimir Medinski jurnalistlər qarşısında çıxış etməyib.

Tərəflər danışıqları fevralın 18-də davam etdirməyi planlaşdırır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər