media-17873117195857040526_1200x630

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) görüşünə satılan biletlərin sayı açıqlanıb.

ERAmedia-ya Klubdan verilən məlumata görə, qarşılaşma üçün artıq 15 min bilet sahibini tapıb. Qeyd edək ki, “Sabah” – “Hapoel” matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.


media-adspc

Bənzər xəbərlər