Şagirdlərinə cinsi məzmunlu şəkillər göndərən müəllim həbs olundu
ABŞ-ın Şimali Karolina ştatında yerləşən “Orange High School”da peşə yönümü üzrə müəllimə işləyən 37 yaşlı Lesli Lambet Brayant barəsində şagirdlərinə “Snapchat” vasitəsilə əxlaqsız məzmunlu foto və videolar göndərdiyi iddiası ilə istintaq başladılıb.
ERAmedia xəbər verir ki, Lesli Lambet Brayant “uşağa qarşı yolverilməz davranış” və “ikinci dərəcəli uşaq cinsi istismarı” ittihamları ilə saxlanılıb. Bildirilir ki, hadisələrin 2025-ci ilin noyabr ayında baş verdiyi iddia olunur.
Məktəb rəhbərliyinə daxil olan şikayətdən sonra Brayant ödənişli məzuniyyətə göndərilib. Hadisə ilə bağlı daha sonra Orange dairəsinin Şerif Ofisinə məlumat verilib. Brayant iyunun 12-də vəzifəsindən istefa verib, barəsində həbs qərarı çıxarıldıqdan sonra isə cümə axşamı könüllü şəkildə polisə təslim olub.
Məhkəmə iclasında prokurorluq Brayantın şagirdlərlə “Snapchat” üzərindən əlaqə saxladığını, onlara cinsi məzmunlu foto və videolar göndərdiyini bildirib.
“Orange County” məktəbləri tərəfindən yayılan açıqlamada şagirdlərin təhlükəsizliyinin əsas prioritet olduğu vurğulanıb. Bildirilib ki, iddialardan xəbər tutulan kimi Brayant dərhal ödənişli məzuniyyətə göndərilib.
Məktəb rəhbərliyi qeyd edib ki, hadisə artıq cinayət istintaqı çərçivəsində araşdırılır və istintaqla bağlı əlavə məlumatlar Orange dairəsinin Şerif Ofisi tərəfindən açıqlanacaq.
Lesli Lambet Brayantın Orange dairəsi təcridxanasında saxlanıldığı, məhkəmənin isə onun üçün 50 min dollar məbləğində girov qarşılığında azadlığa buraxılma qərarı verdiyi bildirilib.










