media-17867740004942840189_1200x630

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.

ERAmedia xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Saleh Sultanov (J1, 81 kiloqram) ilk görüşünü qələbə ilə başa vurub.

İdmançı 1/4 final mərhələsində fransalı Cyril Jonardla qarşılaşıb və məğlub olub. Təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Zuzqovu məğlub edən Saleh Sultanov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Paracüdoçu həlledici görüşdə Gürcüstan təmsilçisi Mişiko Siobrişviliyə qalib gələrək, Avropa çempionatının bürünc medalına sahib olub.


media-adspc

Bənzər xəbərlər