media-1637415266_ermenistan

Ermənistanın Antikorrupsiya Komitəsi “Ermənistan” blokunun xeyrinə seçicilərin pulla ələ alınması- seçki rüşvəti iddiası üzrə qaldırılmış iş çərçivəsində saxlanılanların olduğunu bildirib.

ERAmedia Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, blokun deputatlığa namizədləri, tərəfdarları və digər şəxslərlə birlikdə Şirak vilayətinin sakinlərinə siyasi qüvvənin xeyrinə səs vermələri, həmçinin mükafat qarşılığında bloku dəstəkləməyə hazır olan digər vətəndaşları cəlb etmələri üçün müxtəlif məbləğlərdə pul vəsaitləri ötürüblər.

Qurum axtarışlar və digər prosessual hərəkətlər həyata keçirdiyini, habelə cinayət işi (cinayət icraatı) başladığını bəyan edib.

Antikorrupsiya Komitəsi həmçinin iş üzrə sübutlardan biri hesab etdiyi telefon danışığının yazısı fraqmentini də dərc edib. İstintaqın iddiasına görə, səs yazısında siyahıların tərtib edilməsi, vəzifələrin bölüşdürülməsi və yeni seçicilərin cəlb olunması müzakirə edilir. Bununla belə, qurum müqəssirlərin adlarını və sayını dəqiqləşdirməyib.

Daha əvvəl, iyunun 17-də Mərkəzi Seçki Komissiyası Ermənistanın keçmiş prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan və blokun bir sıra deputatlığa namizədləri barəsində cinayət təqibinə başlanılması haqqında vəsatəti təmin edib.Sonradan, iyunun 19-da məhkəmə blokun iki namizədi- Ruslan Barsegyan və Asatur Koçaryan barəsində qətimkan tədbiri seçib.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər