media-17716074084273142258_1200x630

media-1771607408109753104_1200x630

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrində hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqlar yaradılıb.

ERAmedia-ya bu barədə “SOCAR Ukraine”in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rovno, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlar hava hücumu siqnalı zamanı istifadə edilə bilər.

Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir. Oxşar təhlükəsiz məkanların ölkənin digər regionlarında da açılması gözlənilir.


media-adspc

Bənzər xəbərlər