Tələbə adını qazanan jurnalist övladları
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrinin açıqlanması bir çox media nümayəndəsinin ailəsində də sevincə səbəb olub. Bir sıra jurnalistlərin və mətbuat xidməti əməkdaşlarının övladları yüksək təhsil pilləsinə qədəm qoyaraq tələbə adını qazanıblar.
ERAmedia tələbə adını qazanan jurnalist övladlarını təqdim edir:
Tələbə adı qazananlardan biri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın qızı olub.
Anewz TV-nin əməkdaşı, jurnalist Anzulə Pərvizqızının qızı Əlvan da bu il universitetə qəbul olunanlar sırasındadır.
Bakı Dövlət Universitetin Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun qızı Nur da ali məktəbə qəbul olunub. O, Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq ticarət və logistika ixtisasını seçib.

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoyun oğlu Murad Paşa Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub.
AZƏRTAC-ın əməkdaşı Elxan Yunislinin oğlu Ayxan 675 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb.
Tanınmış teleaparıcı və prodüsser Lamiyə Ələkbərovanın oğlu Nicat da ali təhsil müəssisəsinə qəbul olunaraq ailəsinə sevinc yaşadıb.

“Müsavat” TV-nin redaktoru Sevinc Telmanqızı və “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı cütlüyü də bu anlarda sevinən jurnalistlərdir. Onların oğlu Oğuz Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə (dövlət sifarişli) qəbul olunub.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmovun oğlu Camal Rüstəmzadə Azərbaycan Dövlət Dəniz Akademiyasınıın gəmi energetik qurğularının istismarı mühəndisliyi (təsdris ingilis dilində) ixtisasına qəbul olunub.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayevlə jurnalist Vəfa Allahverdiyeva cütlüyünün qızı Fidan 620 balla ADA Universitetinin təlbəsi adını qazanıb. O, beynəlxalq münasibətlər ixtisasında ali təhsil alacaq.

“Azpost.info” saytının redaktoru Orxan Əlinin oğlunun həyatında yeni dönəm başlayıb. Həmkarımız tələbə atası olmağın sevincini yaşayır.

“Xəbəragentliyi.com” portalının rəhbəri Yusif Məhəmmədoğlunın övladı Məhəmməd bu ildən tələbə kimi ali məktəbin qapısını açacaq.

Xəzər TV-nin idman jurnalisti Ceyhun Rzayevin qızı Zəhra Rza Bakı Dövlət Universitetinin Rus dili və ədəbiyyatı fakültəsində (Rus bölməsi) ali təhsil alacaq.

İctimai Televiziyanın redaktoru Tural Səftərin qızı Nuray Səftərli Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub.

Jurnalist Ağa Cəfərlinin qızı Zəhra ali təhsil üçün Azərbaycan Dövlət İqtisad Universitetini seçib. O, UNEC-in İqtisadiyyat fakültəsinin tələbəsi adını qazanıb.

“Referans Medical Group”un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbəri Natəvan Bayramova oğlu Cavadın tələbə adı qazanmasının sevincini sosial mediada paylaşıb. Cavad Köçərizadə Azərbaycan Dillər Universitetinin regionşünaslıq (Afrika üzrə) ixtisasında ali təhsil alacaq.

İctimai Televiziyanın redaktoru Səfurə Çərkəzqızının övladı Günəş Əkbər ADA Universitetinin Memarlıq fakültəsinin tələbəsi adını qazanıb.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşı Mübariz Hacılının oğlu Nahid Hacılı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

Daha bir jurnalist ailəsi övladının tələbə olma sevincini yaşayır. Azərbaycan Tibb Universitetinin mətbuat orqanı olan “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev və jurnalist Fərəh Sabirqızının oğlu Murad ali təhsilnini İqtisad Universitetində alacaq.

Tanınmış jurnalist Füzuli İsmayılovun oğlu Cahangir İsmayıllı Azərbaycan Dövlət Pedaqoji Universitetinin dövlət sifarişli əyani tələbəsi adını qazanıb. (Modern.az)









