media-screenshot_4

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

ERAmedia “Report”a istinadən xəbər verir ki, mərasimdə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, mərhumun dostları və ictimai xadimlər iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Xatırladaqki, Nurani bu gün 56 yaşında uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü T.Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.

 


media-adspc

Bənzər xəbərlər