media-d325f701-c0e3-4633-8e08-7d3e4f477db4

ABŞ prezidenti Donald Trampın Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclası zamanı yuxuya getdiyi iddia olunur.

ERAmedia xəbər verir ki, video görüntüləri “Diario AS” nəşri YouTube platformasında yayımlayıb.

Kadrlarda çıxışlar zamanı Amerika liderinin gözlərini yumduğu və heç bir reaksiya göstərmədiyi görünür. Bu isə onun yatdığı ehtimalını irəli sürməyə əsas verir.

Vaşinqtonda Donald Trampın sədrliyi ilə təşəbbüsü ona məxsus olan “Sülh Şurası”nın ilk iclası keçirilib. Görüşdə ABŞ prezidenti Qəzza bölgəsinə dəstək üçün 7 milyard dollar ayrılması planını açıqlayıb. Maliyyə yardımının Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla doqquz dövlət tərəfindən təmin ediləcəyi bildirilib.

Eyni zamanda, ABŞ-ın komandanlığı altında fəaliyyət göstərəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılacağı da elan olunub.


media-adspc

Bənzər xəbərlər