media-tramp-iran

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında İran rəhbərliyinə qarşı yeni açıqlama ilə çıxış edib.

ERAmedia xəbər verir ki, Tramp İranla razılaşma əldə olunması üçün Tehrana böyük fürsət təqdim etdiyini, lakin İran rəhbərliyinin bu imkandan yararlana bilmədiyini bildirib.

ABŞ prezidenti İrana qarşı tətbiq ediləcək tədbirləri “iqtisadi müharibə” adlandırıb.

“İrana razılaşma üçün məndən daha böyük fürsət təqdim edən olmayıb. Təəssüf ki, onlar bu fürsətdən istifadə edə bilmədilər. İrana qarşı hər hansı ölkəyə tətbiq edilməmiş sarsıdıcı iqtisadi əməliyyat elan edirəm. Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, – deyə o qeyd edib.

Tramp paylaşımında İranın hərbi gücü və iqtisadi vəziyyəti ilə bağlı da bir sıra iddialar səsləndirib. O, İran donanmasının məhv edildiyini, hava qüvvələrinin sıradan çıxarıldığını və hərbi zavodların dağıntıya çevrildiyini iddia edib.

ABŞ prezidenti İranın milli valyutasının dəyərsizləşdiyini bildirərək ölkədəki vəziyyəti “pamuk ipliyinə bağlı” ifadəsi ilə xarakterizə edib.

Tramp elan etdiyi iqtisadi əməliyyatın əhatə dairəsi, qüvvəyə minmə tarixi və tətbiq olunacaq sanksiyalar barədə isə əlavə məlumat verməyib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər