Türkiyə avro ödəniş sisteminə keçməyi planlaşdırır
Türkiyə Avropa Ödəniş Şurasına (EPC) Vahid Avro Ödəniş Bölgəsinə (SEPA) qoşulmaqda maraqlı olduğunu bildirən məktub göndərib.
ERAmedia “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Aİ-Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqdan sonra verilən açıqlamada bildirilib.
Sənəddə deyilir: “Tərəflər Türkiyənin SEPA-da potensial iştirakının daha sürətli sərhəd ödənişlərinə imkan verəcəyi, Türkiyə ilə Aİ arasında ticarət və investisiyaların asanlaşacağı barədə razılığa gəliblər”.
Görüşdə Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa Şurası İnkişaf Bankının nümayəndələri iştirak ediblər.









