media-17857851281719839192_1200x630

Qara dənizdə Türkiyəyə məxsus “Nadhezna” gəmisinə edilən dron hücumu nəticəsində dörd nəfər xəsarət alıb.

ERAmedia Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, avqustun 3-də Samsundan Novorossiysk limanına təzə meyvə və tərəvəz daşıyan gəmi Novorossiyskdən 30 mil məsafədə yerli vaxtla saat 16:30-da hücuma məruz qalıb.

Hadisə nəticəsində yaralanan dörd heyət üzvündən üçünün Türkiyə vətəndaşı olduğu bildirilir. Gəminin kapitanı Yalçın Şahin hücum zamanı 6-7 drondan istifadə edildiyini açıqlayıb.

Hücumdan sonra gəmidə baş verən yanğının qarşısını almaq üçün heyət özü müdaxilə edib. Bölgədə hələ də digər dronların mövcudluğu səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin dərhal köməyə gələ bilmədiyi qeyd olunur.


media-adspc

Bənzər xəbərlər