media-le51zqeuuuc9lrb1mjlzkkrga1e7ollavkysxkma_1200

Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətləri törədənlərə qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.

ERAmedia  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb”, – DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir.

 


media-adspc

Bənzər xəbərlər