media-whatsapp-image-2026-08-21-at-11-24-07

AK Parti sədrinin müavini və partiyanın sözçüsü Ömər Çelik İsrailin işğal altındakı İordan çayının qərb sahilində daha bir ərazidə qanunsuz yaşayış məntəqələri üçün mənzil tikintisinə tender keçirmək planını kəskin şəkildə pisləyib.

ERAmedia xəbər verir ki, Çelik NSosial hesabında paylaşım edərək İsrail rəhbərliyinə reaksiya göstərib.

O, Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin Qərb sahilini “Qəzzələşdirməyə” yönəlmiş siyasətinin davam etdiyini bildirib.

“İsrailin qanunsuz yaşayış məntəqələrini genişləndirərək fələstinliləri vətənsizləşdirməyə yönəlmiş təcavüzkarlığı məkan xarakterli soyqırımdır. ‘Yaşayış məntəqəsi’ və ‘məskunlaşan’ anlayışları yanlışdır. Bu, işğalçılıq, oğurluq və soyqırımçı zorakılıqdır”, – deyə Çelik qeyd edib.

Çelik İsrailin Qərb sahilində həyata keçirməyə çalışdığı E1 planının “soyqırımçı zorakılığın yeni və təhlükəli mərhələsi” olduğunu vurğulayıb.

“İsrailin işğal altındakı Qərb sahilinin daha bir bölgəsində işğalçı-məskunlaşanlar üçün yeni mənzil tikintisinə tender elan etmək planını şiddətlə pisləyirik. Bu təcavüzkarlıq Qərb sahilini faktiki olaraq iki yerə bölməyi və Şərqi Qüdsü təcrid etməyi hədəfləyir”, – AK Parti sözçüsü bildirib.

Onun sözlərinə görə, bu addım iki dövlətli həll perspektivini aradan qaldırmaq məqsədi daşıyır.

“Prezidentimiz illərdir BMT başda olmaqla bir çox platformada ‘İsrailin sərhədləri haradır?’ sualını gündəmə gətirərək bütün dünyanın diqqətini bu işğalçılığa yönəldir. İsrail beynəlxalq ictimaiyyətin bütün qaydalarını pozur. İsrailin addımları təkcə Qəzzanı və Qərb sahilini deyil, bütün bəşəriyyəti və qaydaları hədəfə alır”, – Çelik vurğulayıb.

O, “yaşayış məntəqəsi” və “məskunlaşan” adlandırılan fəaliyyətlərin əslində işğalçılıq, oğurluq və soyqırım olduğunu bildirərək bütün ölkələri buna qarşı çıxmağa çağırıb.

Çelik əlavə edib ki, bu istiqamətdə bütün ölkələr birgə və konkret addımlar atmalıdır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər