Ukrayna müharibəsində ölənlərlə bağlı ŞOK RƏQƏMLƏR
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna ilə Rusiya arasında sülh yolu ilə nizamlanma üzrə razılaşmaya “bir vaxt” nail olmaq mümkün olacaq. O, həmçinin bunun “yaxın gələcəkdə” baş verəcəyinə ümid etdiyini bildirib.
ERAmedia xəbər verir ki, Tramp bu barədə Rusiya ilə Ukrayna arasında hazırkı real vəziyyətin nə olduğu barədə jurnalistlərin sualına cavab verərkən deyib.
“Düşünürəm ki, biz bir vaxt razılaşmaya nail olacağıq, ümid edirəm, bu, yaxın gələcəkdə baş verəcək”, — deyə o bildirib.
Tramp jurnalistlərə Ukraynadakı müharibədə hərbi itkiləri də xatırladıb.
“Buna görə də bilmirəm, siz az əvvəl açıqlanan rəqəmləri görmüsünüzmü? Bu ay 30 min əsgər həlak olub. Və bu kəşfiyyat məlumatları idi, əvvəlki ayda 27 min”, — deyə Amerika lideri bildirib.
Bununla yanaşı, Tramp senator Lindsi Qremlə guya müzakirə etdiyi Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı suala birbaşa cavab verməkdən yayınıb.
“Biz onun sanksiyalarını daim müzakirə edirdik. Mən hesab etmirəm ki, onunla danışmaq çox maraqlıdır. Yalnız qanunvericilikdən danışdığımız hallar istisnadır. Biz isə qanunvericilikdən daim danışırıq. Sizcə, bu, maraqlı münasibətlərdir? Xeyr, belə deyil. Amma biz… biz qanunvericilik haqqında çox danışırıq və bizi qarşıda möhtəşəm qanunvericilik gözləyir”, — deyə ABŞ prezidenti vurğulayıb.
Vural









