media-nura-suri

Ukraynada baş verənlər, xüsusilə Kiyev yaxınlığında yayılan görüntülər və 14 yaşlı uşağın vəziyyəti ciddi narahatlıq doğurub.

ERAmedia-nın məlumatına görə, müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edərək hadisəyə münasibət bildirib. O, 14 yaşlı uşağın gözlərindəki qorxunun onu dərindən sarsıtdığını və həmin görüntüləri unutmağın çətin olduğunu vurğulayıb.

Nura Suri qeyd edib ki, zorakılığa məruz qalan şəxslərin saxlanıldığı bildirilən binanın qarşısına insanlar toplaşıb. Onun sözlərinə görə, “Reuters” agentliyinin yaydığı məlumata əsasən, binada 22 nəfər olub, onlardan dördünün vəziyyəti ağır olduğundan tibbi yardıma ehtiyac yaranıb.

Müğənni Ukrayna rəsmilərinin 14 yaşlı uşaqla bağlı açıqlamasına da diqqət çəkib. Rəsmilər bildiriblər ki, uşaq qarşıdurma zamanı hasardan keçərkən yıxılıb və daha sonra ailəsinə təhvil verilib. Onlar uşağın həmin binada əvvəlcədən saxlanılması ilə bağlı iddianı hələlik təsdiqləməyiblər.

Nura Suri isə hadisə ilə bağlı bir sıra sualların cavabsız qaldığını bildirib: “Bəs o dörd nəfərə niyə tibbi yardım lazım olub? O adamlar hansı əsasla orada saxlanılırdı?”

Müğənni vurğulayıb ki, müharibə şəraitində yaşayan xalqa öz dövlət orqanları zülm etməməlidir. Onun fikrincə, müharibənin bütün ağırlığını çiyinlərində daşıyan insanlar bir də öz dövlətlərindən qorxmamalıdırlar.

Nura Suri hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski baş verənlərlə bağlı açıq və aydın cavab verməlidir. O, bütün hadisələrə görə məsuliyyətin dövlət başçısının üzərinə düşdüyünü qeyd edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər