media-whatsapp-image-2026-07-23-at-11-09-28

Dahi Üzeyir bəy Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsil aldığı dövrə aid nadir foto diqqət çəkib.

ERAmedia xəbər verir ki, fotoda Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə seminariya yoldaşları ilə birlikdə əks olunub. Tarixi kadr ötən əsrin əvvəllərinə aiddir və həmin dövrün təhsil mühitini, gənc ziyalı nəslinin formalaşmasını əks etdirən qiymətli sənəd hesab olunur.

Qori Müəllimlər Seminariyası XIX əsrin sonu – XX əsrin əvvəllərində Cənubi Qafqazın ən nüfuzlu pedaqoji təhsil ocaqlarından biri olub. Burada təhsil alan Üzeyir bəy Hacıbəyli sonralar Azərbaycan professional musiqi məktəbinin əsasını qoyaraq milli mədəniyyət tarixində silinməz iz buraxıb.

Paylaşılan foto həm böyük bəstəkarın gənclik illərinə işıq salır, həm də Azərbaycan ziyalılarının yetişdiyi mühüm təhsil ocaqlarından biri olan Qori Seminariyasının tarixi əhəmiyyətini bir daha xatırladır.


media-adspc

Bənzər xəbərlər