media-w_1617875940681765326853_1200x630

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.

ERAmedia xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin III turunda Rumıniya komandası ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir.

Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək.


media-adspc

Bənzər xəbərlər