media-l-3303

Rusiyanın Voronej şəhərinin Jeleznodorojnı rayonunun bəzi küçələrində itkilərlə nəticələnən pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra fövqəladə vəziyyət elan edilib.

ERAmedia xəbər verir ki, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bu barədə özünün “Telegram” kanalında yazıb.

O bildirib ki, dünən gecə hava hücumundan müdafiə qüvvələri bölgənin altı rayonu üzərində səmada 18 pilotsuz uçuş aparatı aşkarlayıb və onları məhv edib. Daha sonra Voronej üzərində bir neçə yüksəksürətli hava hədəfi vurulub.

“Təəssüf ki, ağır vəziyyətdə olanlar da daxil olmaqla, itkilər var. Müəssisənin ərazisi hələ də yoxlanılır. İtkilərin sayı müəyyənləşdirilir”, – deyə qubernator bildirib.

İlkin məlumatlara görə, Voronej müəssisəsindəki istehsal obyektlərinə, o cümlədən sənaye binasının yuxarı mərtəbələrinə ziyan dəyib. Bir neçə çoxmənzilli binanın fasadlarına və şüşələri qırılıb, avtomobillər zərər görüb.

Bu ərazilərdə təcili yardım xidmətləri işləyir və hücumun nəticələrinin aradan qaldırılması işləri davam edir.


media-adspc

Bənzər xəbərlər