"Yeni konstitusiyanın qəbul edilməsi gündəmimizdədir" - Paşinyan
“Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi hakim Vətəndaş Müqaviləsi Partiyasının gündəmində qalmaqdadır”.
ERAmedia Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib.
“Seçkinin nəticələrinə əsasən formalaşmış çoxluğun seçkiqabağı proqramına yeni konstitusiyanın qəbulu gündəliyi də daxildir”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, konstitusiyanın əsas əhəmiyyəti hüquq qaydasının, konstitusiya quruluşunun bərqərar olmasından, habelə “bu quruluşun xalqla üzvi bağlılığının təmin edilməsindən” ibarətdir.









