media-139d5b09-abcd-4437-a4a0-33d867dbd514
İnsan niyə həmişə günahkar axtarır?
Çünki günahkar tapmaq psixoloji olaraq rahatdır.
Günahı başqasına yüklədikdə insan öz məsuliyyətini müvəqqəti olaraq itirir və özünü haqlı hiss edir.
Amma bunun təhlükəli tərəfi var: günahkarı tapmaq problemi həll etmir.
Əksinə, insan hər dəfə məsuliyyəti özündən kənarda axtardıqca, eyni səhvlərin təkrarlanma ehtimalını artırır.
Hadisələrə daha yetkin yanaşmağın iki yolu var:
1. Hadisəni proses kimi görmək.
Emosional şişirtmədən, “kim günahkardır?” sualından əvvəl “nə baş verdi, hansı səbəblər bir-birini doğurdu?” sualını vermək.
2. Özündən başlamaq.
“Başqası nəyi səhv etdi?” sualından əvvəl:
“Mən nəyi fərqli edə bilərdim?”
“Mənim hansı boşluğum var?”
“Niyə bu proseslər eyni məkanda təkrar-təkrar mənim qarşıma çıxır?”
Bu, özünü günahlandırmaq deyil. Bu, öz təsir dairəni geri almaqdır.
Yetkin insan hər hadisədə özünü günahkar axtarmır.
Amma hər hadisədə öz payını axtarır.
Çünki günahkarı tapmaq insana rahatlıq verir.
Səbəbi tapmaq isə ona güc verir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər