media-9c6e9ed92b8ec351f0b5a839042148e0

Keçmiş FİFA prezidenti Sepp Blatter bazar ertəsi günü prezident Donald Trampın və onun administrasiyasının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə davranışlarına görə ABŞ-da keçirilən Dünya Kuboku oyunlarının azarkeşlər tərəfindən boykot edilməsi təklifini dəstəkləyib.

ERAmedia xəbər verir ki, bu barədə Blatter X-dəki paylaşımında boykota çağırışı edərək iqtisadi cinayətkarlıq üzrə ixtisaslaşmış isveçrəli vəkil və korrupsiyaya qarşı mübarizə üzrə ekspert Pietin dediklərini təkrarlayıb.

Yaxınlarda “Der Bund”a verdiyi müsahibədə Piet bununla bağlı demişdi: “Müzakirə etdiyimiz hər şeyi nəzərə alsaq, azarkeşlər üçün yalnız bir məsləhətim var: ABŞ-dan uzaq durun!” Hər halda, hər şeyi televiziyada daha yaxşı görəcəksiniz. Azarkeşlər gəldikdən sonra rəsmilərin tələblərini yerinə yetirməsələr, onlar növbəti uçuşla evə dönməyə hazır olmalıdırlar.”

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər