ABŞ gündəlik neft hasilatı artıb
ABŞ-nin sutkalıq xam neft istehsalı artır.
ERAmedia ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 24 min barel artaraq sutkada orta hesabla 13 milyon 979 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1 milyon 142 min barel artaraq sutkalıq 6 milyon 840 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 195 min barel artaraq gündəlik 4 milyon 765 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacaq.










