media-1791443869561369853_1200x630

Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda yerləşən 7 mərtəbəli binada baş verən çökmə ilə bağlı açıqlama yayıb.

ERAmedia xəbər verir ki, məlumata görə, hadisə bu gün saat 05:40 radələrində baş verib.

Axtarış-xilasetmə işləri zamanı indiyədək 3-ü uşaq olmaqla, 8 nəfər xilas edilib.

Əhali Qeydiyyat Sisteminə görə, bina 1987-ci ildə tikilib. Binanın birinci mərtəbəsindən iş yeri, yuxarı mərtəbələrdə yerləşən 12 mənzildən isə yaşayış məqsədilə istifadə olunur. Binada ümumilikdə 33 nəfər yaşayır. Çökmədən təsirlənməyən mənzillərdə yaşayan sakinlər hadisədən sonra təxliyə ediliblər.

Binanın çökmə baş verən hissəsindəki 4 mənzildə yaşayan 14 nəfərdən 8-i xilas edilib, 6 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.


media-adspc

Bənzər xəbərlər