Kimya üzrə Nobel mükafatçıları onlar oldu
Oktyabrın 7-də İsveç Kral Elmlər Akademiyası kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.
ERAmedia xəbər verir ki, laureatlar Fransanın Pari-Syud Universitetinin fəxri professoru Anri Kaqan və Yaponiyanın Tokio Elmi Universitetinin fəxri professoru Kenso Saidir. Mükafat alimlərə “asimmetrik üzvi sintezdə qeyri-xətti effektləri və avtokatalizi kəşf etdiklərinə görə” verilib.
Amin turşuları kimi bəzi molekullar bir-birinin güzgü görüntüləri olan iki formada mövcuddur. Lakin bu güzgü görüntülərindən yalnız biri canlı orqanizmlərdə tapılır. Bunun səbəbi Kaqan və Sai cavabı tapana qədər uzun müddət elm üçün sirr olaraq qalırdı. “Anri Kaqan və Kenso Sai 100 ildən çox yaşı olan kimyəvi bir sirrə həll yolu təklif etdilər, homoxirallığın necə öz-özünə yarana biləcəyini aşkarladılar. Onların hazırladıqları kimyəvi reaksiyalar təsirlidir”, – deyə Kimya üzrə Nobel Komitəsinin sədri Hayner Linke mətbuata açıqlamasında bildirib.









