media-zaxarova

“Təxribatların olmaması üçün xarici ölkə vətəndaşları Kiyevi və Ukraynadakı hərbi təyinatlı əraziləri tərk etməlidirlər”.

ERAmedia xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində bildirib.

O, Kiyevdə qalmağın təhlükəli olduğunu qeyd edib, həmçinin Rusiya XİN-in bununla bağlı bəyanatına aydınlıq gətirib:

“Onlar risk dərəcəsini dərk etməlidirlər, üstəlik bunun haradan qaynaqlandığını anlamalıdırlar… Çünki onlar nədənsə yenidən bütün etimologiyanı unudublar və yenidən növbəti “siyasi turizm” mövsümünə başlayıblar. XİN-in bununla bağlı bəyanatı sonra heç bir təxribatçı bəyanatın verilməməsi, növbəti təxribatçı yalanın söylənməməsi üçündür”.


media-adspc

Bənzər xəbərlər