media-9lzyrmurqntysnmmm8egy51dazvraciqabxnh2rt_1200

Rusiyanın Novorossiysk şəhərindəki tərəvəz bazalarından birində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən reyd zamanı miqrasiya qanunvericiliyinin pozuntuları aşkar edilib.

ERAmedia xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Tədbir çərçivəsində Özbəkistan, Tacikistan və Azərbaycan vətəndaşlarının sənədləri yoxlanılıb. Onlar barəsində ümumilikdə 21 inzibati protokol tərtib olunub. Qayda pozuntularından 10-u Rusiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olmaya, 11-i isə ölkədə qalma rejiminin pozulmasına görə rəsmiləşdirilib.

Yerli polisdən verilən məlumata görə, yoxlamaların nəticəsi olaraq səkkiz əcnəbi vətəndaş Rusiya ərazisindən deportasiya olunacaq.


media-adspc

Bənzər xəbərlər