media-1759052169_1745088522_1709967556-1709930650-zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı Qara dənizin qərb hissəsini gəmiçilik üçün yararsız vəziyyətə salmağa çalışmaqda ittiham edib.

ERAmedia xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

Onun sözlərinə görə, Ukraynanın kəşfiyyat və xüsusi xidmət orqanları Qara dənizdə mülki gəmilərə qarşı növbəti hücumla bağlı bütün məlumatları araşdırır.

Zelenski bildirib ki, ötən gecə Bolqarıstan sularında iki mülki gəmi hücuma məruz qalıb. Gəmilərdən biri batıb, digəri isə ciddi zədələnib.

Ukrayna lideri Müdafiə Qüvvələrinin dənizin həmin hissəsində heç bir əməliyyat keçirmədiyini vurğulayıb.

“Bu, Rusiyanın Qara dənizin qərb hissəsini gəmiçilik üçün tamamilə yararsız hala salmaq cəhdlərinin davamıdır”, – Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, məlumatlar Bolqarıstan tərəfi ilə dəqiqləşdirilib, Ukrayna Hərbi Dəniz Qüvvələri bolqar həmkarları ilə əlaqə saxlayıb.

Zelenski iddia edib ki, hücum Rusiya tərəfindən dəniz və hava dronlarından istifadə olunmaqla həyata keçirilib.

O, Ukrayna Silahlı Qüvvələrinə, Müdafiə Nazirliyinə, kəşfiyyat və digər aidiyyəti qurumlara tərəfdaş ölkələrlə əməkdaşlığı gücləndirmək barədə tapşırıq verdiyini də bildirib.


media-adspc

Bənzər xəbərlər